Milli parklar operativ qərargahın rəyindən asılı olaraq mayın 31-dən etibarən qapılarını ziyarətçilərinə açıla bilər.
Teleqraf.com xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.