Azərbaycanda rəsmi rəqəmlərə görə, 2008-ci ildə 11,6 meşə sahəsi olub. Bu rəqəm cari ildə 12 faizə çatıb.
Teleqraf.com xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
O bildirib ki, xüsusilə, rayonlarda meşələrin qırılması yerli əhalinin iştirakı ilə reallaşır: "Bu prosesdə iştirak edən hər kəs hüquqi cəzasını tapır".
Xidmət rəisi qeyd edib ki, bəzi hallarda meşə qırıntılarının aparılması labüd olur: "Çünki sərhəd xidməti və bəzi məktəbləri odunla təmin olunması lazımdır. Lakin bu qırıntılar sanitar şəraitdə aparılamlıdır".