"May ayının monitorinqləri göstərir ki, karantin rejiminin yumşaldılması tədbirlərindən sonra atmosferdə çirkləndirici maddələrdə 30-35 faiz artım var".
Teleqraf.com xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü mətbiat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əvvəlki aylarda atmosfer havasında müsbət dəyişiklik müşahidə olunub: "Xüsusilə nəqliyyatın sıx olduğu Neftçilər, Nobel, Q.Qarayev prospektləri, Ukrayna dairəsində ölçü işləri aparılıb və məlum olub ki, bu ilin mart ayı ilə müqayisədə çirklənmə 45-50-faizə qədər azalıb".