22 May 2020 09:48
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

REACT-C19 layihəsi COVID-19-a qarşı mübarizə tədbirlərini gücləndirməkdə Azərbaycanı dəstəkləməyə davam edir. Azərbaycanda COVID-19-a qarşı hazırlıq va mübarizə tədbirləri çərçivəsində xəstəxanalarda əsas bacarıqları sürətlə artırmaq məqsədilə həyata keçirilən REACT-C19 layihəsi ikinci mərhələsini uğurla yekunlaşdırıb.

Teleqraf.com xəbər verir ki, ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında belə deyib.

O bildirib ki, ay yarımdır davam edən və indiyə qədər 8 xəstəxananı əhatə edən layihədə Türkiyədə işləyən 19 azərbaycanlı həkim iştirak edir:

"Bu müddət ərzində REACT-C19 heyəti seçilmiş xüstəxanalardakı mövcud vəziyyəti qiymətləndirib və boşluqların aradan qaldırılmasında xəstəxanalara dəstək olub. Xəstəxanaların rəhbərliklərinə və işçilərinə bu prosesdə göstərdikləri misilsiz xidmət üçün həkimlərimizə isə verdikləri əvəzsiz töhfələrə görə təşəkkür edirik".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər