2 May 2014 13:00
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin onun barəsində səsləndirdiyi ittihamlara cavab verəcək.

Bu barədə Teleqraf.com-a "Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyindən məlumat verilib. Ictimai Birlikdən qeyd olunub ki, ittihamlarla bağlı cavab hazırlanır: "Yaxın vaxtlarda Əli Hüseynlinin ittihamlarına cavab verəcəyik".

Qeyd edək ki, Ə.Hüseynli bu gün parlamentdəki çıxışında deyib ki, parlament hakimiyyətin qollarından biri kimi ölkənin ictimai-siyasi məsələlərdə rol oynayır: “Təəssüf edirəm ki, bəzən beynəlxalq təşkilatlar, QHT-lər tərəfindən, mətbuatda parlamentin nüfuzuna xələl gətirən fikirlər yer alır.

Qeyd edim ki, parlament açıq və şəffaf qurumdur və biz hər məsələni müzakirə edirik. Bir neçə gün əvvəl Beynəlxalq Şəffaflıq təşkilatının hesabatında parlamentə aid yalan informasiyalar dərc edilib. Hesabat hazırlamağın texnologiyası belədir ki, öncədən həmin quruma məlumat verilməlidir. Həmin qurumun rəhbəri Rəna Səfərəliyevadır. Korrupsiyaya qarşı mübarizə apardığını deyən bu xanım Leyla Yunusun 100 minlərlə vəsaitin nəğdləşdirilməsində iştirak edib. Hesab edirəm ki, bu qurumun baş ofisi həmin təşkilatla əlaqələrini dayandırmalıdır. Milli Məclisdə bu qurumun tədbirlərinə qatılmamalıdır”.

Ruslan


Müəllif: