24 May 2020 16:32
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə prezidentinin həyata keçirdiyi iqtisadi siyasət sayəsində Azərbaycan həm pandemiyaya qalib gələcək, həm də gələcəkdən xəbər verən böyük layihələri həyata keçirəcək.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Qeyri-Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyib. QHT sədri “Signify” şirkətinin təşəbbüsü ilə İlham Əliyevlə bu şirkətin rəhbərləri arasındakeçirilən videokonfransın əhəmiyyətini belə izah edib:

“Mayın 22-də “Signify” şirkətinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransı yüksək qiymətləndirirəm. Çox işgüzar bir görüş olduğunu qeyd etməliyəm. Beynəlxalq konfranslar, videomüşavirələr bir daha Azərbaycanın dünya nüfuzunda yüksək səviyyədə qəbul olunmasının sübutudur. Gələcəkdə etibarlı partnyor kimi iş birliklərinin olması, yeni layihələrin həyata keçirilməsi, ölkəmizə investisiyaların qoyulması Azərbaycana olan etimadın əyani göstəricisidir. Bu, Azərbaycanın beynəlxalq səviyyəli bir oyunçu olduğunu ortaya qoyur".

Rauf Zeyni bildirib ki, ölkəmiz regionda sülhün, sabitliyin yaranması, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi istiqamətində işlər görməklə yanaşı, həm də dünya ilə işgüzar əməkdaşlıq etmə potensialını ortaya qoyur:

"30 il müstəqillik dövründə həyata keçirdiyimiz iqtisadi, regional və beynəlxalq əhəmiyyətli strateji layihələr əməkdaşlığımızın əhəmiyyətini göstərdi".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər