24 May 13:30
886

Dünyanın ən gənc milyarderi tituluna sahib olan Kayli Cenner puldan daha çox paylaşımları ilə müzakirə mövzusu olub. Sosial şəbəkədə iddialı fotoları ilə diqqət çəkən Cenner bu dəfə fərqli fotolarını paylaşıb.

Teleqraf.com xəbər verir ki, gənc milyarder yeni fotolarını "Fantaziyaya aşiq biri" başlığı ilə paylaşıb. Məşhurun yataqdan çəkdiyi fotolarına 5 milyondan artıq bəyənmə gəlib.

21 yaşında sahib olduğu milyon dollar sərvəti sayəsində "dünyanın ən gənc milyarderi" olaraq elan edilən Kayi Cenner 36 milyon dollara satdığı malikanəsi ilə gündəm mövzusu olub.


Müəllif: Aysel Azad