24 May 2020 22:21
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 24-ə olan statistik göstəriciləri açıqlayıb.

Teleqraf.com xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 5 672 test edildiyi bildirilib.

Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 270 739 test aparılıb.

Son məlumatlara görə, Azərbaycanda 140 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 4 122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib onlardan 2 607 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1 466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər