26 May 2020 13:40
1 682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadada yeni növ koronavirus səbəbiylə həyatını itirənlərin sayı bir gündə 190 nəfər artaraq, 6 637-ə çatıb. Virusa ümumi yoluxanların sayı 85 711 nəfərdir. Digər tərəfdən, Alberta Sağlamlıq Xidmətləri rəhbəri həkim Dena Xinşoy COVID-19-un ağcaqanadlar vasitəsilə yayılıb-yayılmadığına dair fikrini bildirib.

Teleqraf.com xəbər verir ki, həkim Dena Xinşoy sosial şəbəkə hesabında koronavirusun bu günə qədər ağcaqanadlar vasitəsilə yayıldığını göstərən sübutun olmadığını yazıb:

"Bu virus kiminsə ağız, burun ifrazatı, öskürmə və asqırma zamanı hava-damcı yolu ilə yayılan infeksiyadır".

Manitoba Universitetinin viruslar üzərində apardığı araşdırma ilə tanınan alimi Conson Kindraçuk da bildirib ki, ağcaqanadlarda koronavirusla bağlı hər hansı ünsür tapılmayıb.


Müəllif: Aysel Azad