27 May 2020 08:45
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində həlak olan 4 hərbi qulluqçudan biri Aprel döyüşlərinin iştirakçısı olub.

Teleqraf.com xəbər verir ki, söhbət Ceyhun Qafarov ordumuzun giziri olub.

O, Lerik rayonu Siyov kəndində anadan olmuşdu.

Ceyhun Qafarovun atası mayor Mehman Qafarov 1993-cü ildə Ağcabədi rayonu Avşar kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Lerik rayonu Siyov kənd orta məktəbi Mehman Qafarovun adını daşıyır.


Müəllif: Teleqraf.com