27 May 2020 12:40
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizə verilən məlumata görə, “Azərişıq” işçiləri Yeddioymaq kənd sakini Mansur Şahmuradova işıqpulu borcunun olmasında dair qəbz təqdim ediblər. Abonent ödəniş etmədiyinə görə sonradan “Azərişıq” işçiləri onun yaşadığı ünvanda olublar, iş pulu borcunu ödəməsini tələb ediblər. Bu zaman onların arasında mübahisə yaranıb və məlum insident baş verib. Bu, ilkin versiyadır.

Bunu Teleqraf.com-a açıqlamasında Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Adəm Məhərrəmov bildirib.

Hadisənin detalları barədə məlumatı olmadığını vurğulayan Adəm Məhərrəmov bildirib ki, hazırda hüqüq-mühafizə orqanlarının araşdırma apardıqlarını bildirib: "Əsl həqiqət istintaqın yekunanda ortaya çıxacaq".

İcra Hakimiyyəti başçısının müavini bildirib ki, Yeddioymaq kənd sakini, 1969-cu il təvəllüdlü M.Şahmuradovun atəş açması nəticəsind iki nəfər yüngül xəsarət alıb: "Bir nəfər əlinin üstü, digri isə qolundan yüngül yaralanıb. Qırma sadəcə, sıyırıb keçib. Masallı şəhər sakini Ramal Bağırov isə boyun nayihəsindən yaralanıb və hazırda Lənkəran Rayon Mərkəzi Xəstəxanasındadır".

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Yeddioymaq kənd sakini, 1969-cu il təvəllüdlü Mansur Şahmuradov saxlanılıb. Mayın 26-da baş verən hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. Cinayətin aləti olan ov tüfəngi maddi sübut kimi götürülüb.

Hazırda istintaq tədbirləri davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər