Əvvəlki yumşalma mərhələlərində olduğu kimi, bu dəfə də ikitərəfli qərar qəbul edilib. Həm karantin rejimi uzadılıb, həm də nisbətən yumşaldılıb.
Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.
"Əsas məqsəd odur ki, həm iqtisadi aktivlik artsın, həm də özümüzü qoruyaq. Əgər bunu düzgün şəkildə həyata keçirsək, karantin rejimi böhran vəziyyətinə keçməyəcək", - deyə İbrahim Məmmədov qeyd edib.
O bildirib ki, ölkə ərazisində xüsusi karantin rejimi 15 iyun tarixinədək uzadılıb.