29 May 2020 18:57
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə müəssisələri koronavirusa yoluxma hallarının yüksək olduğu qurumlardır.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, xəstəxanalara, poliklinikalara maskasız daxil olmaq, məsafəni gözləməmək qadağandır.

Qurum rəsmisi əlavə edib ki, insanlar qaydalara əməl etməyərək, yas mərasimlərini ev şəraitində təşkil edirlər: "Aparılan analizlər göstərir ki, yoluxma hallarının böyük qismi yas mərasimlərində baş verir. Bu bizi çox ciddi narahat edir. Vətəndaşları qaydalara əməl etməyə çağırırıq".

TƏBİB sədri qeyd edib ki, çimərliklərdə hərəkətlə bağlı qaydalar metodiki göstərişlərdə öz əksini tapıb: "Fərdi sahibkarlıq subyektləri və hüquqi şəxslər məsuliyyət daşıyırlar. Biz sərt cərimələrin tətbiq olunmasının tərəfdarıyıq".

O bildirib ki, asimtomatik xəstələrin evdə müalicəsi ilə bağlı yaxın zamanda qərar veriləcək: "Bu xəstələr xəstəxanalarda dövlət hesabına müalicə alırdılar. Lakin bu xəstələrin sayının artmasına görə onların evdə müalicəsinin tətbiq edilməsinə başlanıla bilər".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər