29 May 2020 19:08
16 734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birdəfəlik 190 manat müavinətin ödənilməsi 2 ay üçün nəzərdə tutulmuşdu.

Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, karantin rejiminin uzadılması ilə bağlı bu məsələ yenidən müzakirə olunacaq.

Bankların vətəndaşlardan kredit borcları tələb etməsinə aydınlıq gətirən İbrahim Məmmədov qeyd edib ki, bu situasiya araşdırılmalıdır: "Karantin qaydaları yumşaldıqca, yoluxma halları artır. Bu səbəblə toyların bərpa edilməsi problemli görünür. Yoluxma halları artdığı üçün daha çox yumşalmaya getmək məsuliyyətdir".

İbrahim Məmmədov vurğulayıb ki, ictimai iaşə müəssisələrində qaydalara riayət müxtəlif dövlət qurumları tərəfindən nəzarət olunacaq: "Sərbəstliyin səviyyəsi artır, yumşalma dərinləşir. Bu isə cərimələrin artırılmasını tələb edir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər