31 May 2020 12:52
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şəki şəhərindəki Qurcana çayının tullantılarla çirkləndirilməsi ilə bağlı daxil olan şikayət regional ekologiya idarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, araşdırma zamanı Qurcana çayının tullantılarla çirkləndirilməsi faktı təsdiqini tapıb. Faktla bağlı akt tərtib olunub.

Nazirliyin əməkdaşlarının nəzarəti ilə Şəki Mənzil-Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən çay tullantılardan təmizlənib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər