31 May 2020 17:13
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 248 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1956 və 1960-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 5 494 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 428 nəfər müalicə olunaraq sağalmış, 63 nəfər vəfat edib, 2 003 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 56 nəfərin vəziyyəti ağır, 65 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 298 648 test aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər