Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən Azərbaycanın görkəmli aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası hazırlanıb.
Bu barədə Teleqraf.com Nazirliyə istinadən xəbər verir.
Bildirilir ki, dizaynı “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubovtərəfindən hazırlanmış markanın üzərində qrafik şəkildə aktrisanın portreti əks olunub. 16 (4x4) markadan ibarət vərəqdə markaların şaquli düzülüşü kino lentini xatırladır. Bu düzülüş əsasında hər markaya 1bütöv, 2 yarımçıq “kadr” düşür.
Markalar Belarusun “Bobruisk Integrated Printing House” mətbəəsində 300 min tirajla çap olunub. Eyni zamanda 200 ədəd “Birinci gün” zərfləri hazırlanıb.