1 İyun 2020 11:36
377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali məktəblərə və kolleclərə qəbul imtahanları ona görə elan olunmayıb ki, sənəd qəbulu hələ də davam edir.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərlə onlayn mətbuat konfransında açıqlayıb.

Qurum sədri bildirib ki, sənəd qəbulu 5 iyuna qədər davam edəcək: “Bu günə olan statistikaya görə 75 min 692 nəfər sənədlərini təqdim edib. Onlardan 12 min 853 nəfəri əvvəlki illərin məzunlarıdır”.


Müəllif: Teleqraf.com