1 İyun 2020 21:30
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amanlı Tomris Şahin qızı 2010-cu il sentyabrın 20-də anadan olub. Hazırda Xətai rayonu, Humanitar litseyin dördüncü sinif şagirdidir.

Onun Teleqraf.com-a göndərdiyi şeirlərini təqdim edirik.

*****

Azərbaycan

Torpaqların alındı

Dərdi-qəmin yarandı

İnsanların yalındı

Nələr çəkdin, Azərbaycan!

Xətkeş

Mənim adım xətkeş

Uzunluq dərsindən mən

Həmişə alıram beş

Uşaqlara kömək oluram

Uzunluq dərslərində

Uzunluğu ölçmək üçün

Lazım oluram mən.

Dəftər

Mən doluyam yazıyla

Yazılarım aşıb-daşır

Çoxlu, gözəl mənayla

Mən də kitabla qardaş

Ikimiz olduq bir baş

O da yazı, mən də yazı

Hər kəsi salırıq razı.

Karandaş

Mənim adım karandaş

Qələmlə mən bir qardaş

Həm yazıram, həm pozuram

Çantada mən oluram

Qələm

Yazı yazmaq üçünəm,

Qələm qabılarında tez-tez

Görünən mən, gəzən mən

Yazmağı çox sevirəm

Deyin görüm mən nəyəm?

Çanta

Mənə yığırlar

Çoxlu dəftər, kitablar

Uşaqlar belinə taxıb

Aparırlar məktəbə

Deyin , görüm mən nəyəm?

Silgi

Mənim iki adım var

Pozan və silgi

Çantada və məktəbdə

Qazanmışam çox bilgi

Silmək mənim işimdir

Silməyi çox sevirəm

Od çərşənbəsi

Novruzun ikinci çərşənbəsi

Oldu Od çərşənbəsi

Həmin çərşənbədə

Tonqal qalanır,

üstündən hoppanırlar

Su çərşənbəsi

Bu çərşənbənin

Adıdır su çərşənbəsi

Bu çərşənbə gəlincə

Camaat səs verib deyir

“Ay camaat, hazırlaşın,

Elimizə novruz gəlir”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər