2 İyun 17:52

“Yol hərəkəti əlifbası” yaradılacaq və tədris proqramlarına salınacaq.

Teleqraf.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.

Bununla bağlı icraçı qurumlar Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyidir.

Qərarın bu bəndi 2020-2022-ci illərdə icra edilməlidir.


Müəllif: Teleqraf.com