2 İyun 21:05
278

Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın üzvlüyünə təklif edilən namizədlərin kimliyi müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, Milli Məclisin qərarıyla üzvlüyə deputatlar Adil Əliyev, Əminə Ağazadə, Elşad Mirbəşir, Arzu Nağıyev və parlamentin Aparat rəhbəri Səfa Mirzəyevin namizədlikləri irəli sürülüb.

Qeyd edək ki, məsələyə parlamentin iyunun 5-də keçiriləcək iclasında baxılacaq.


Müəllif: Teleqraf.com