3 İyun 2020 09:04
2 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın "Rosatom" Dövlət Nüvə Enerjisi Şirkəti koronavirusa qarşı yeni müalicə üsulu tapıldığını açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, "Parlayan qaz" adı verilmiş müalicə üsulunda ağciyərlər ultrabənövşəyi şüalarla dezinfeksiya olunur.

"Rosatom"un elm mərkəzlərindən olan Aleksandr Leypunski adına Fizika və Enerji İnstitutunun baş direktoru Andery Qoverdovski insanlar nəfəs alarkən aktiv qala bilən və ultrabənövşəyi şüaları birbaşa ciyərlərə sirayət etdirməyə qabil olan molekulları və qaz komponentlərini kəşf etdiklərini bildirib:

"Ümid edirik ki, bu üsul nəinki koronavirusun, eyni zamanda ağciyərlərdəki vərəm və onkoloji xəstəliklərin də müalicəsinə imkan verəcək".


Müəllif: Mahir

Oxşar xəbərlər