İyunun 3-də 110/35/6 kilovoltluq “Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istifadəyə verilib.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına elektrik yarımstansiyasının fəaliyyəti barədə məlumat verdi.
Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.