3 İyun 2020 20:35
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maskalarla bağlı vahid qiymət var, bu, 30 qəpikdir.

Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.

"Lakin xaricdən gətirilən maskalarda qiymət fərqi var. Fərqi hökumət aidiyyəti şirkətlərə ödəyir. Ölkədə maska qıtlığı ola bilməz. Maskalara tələbatın artmasından kimlərsə sui-istifadə edə bilər. Sui-istifadəyə qarşı cəzalar tətbiq olunacaq", - o bildirib.

İbrahim Məmmədov qeyd edib ki, sakinlər maska tapmadığı halda müraciət edib, bu barədə məlumat verə bilərlər:

"Hazırda zavodda gündəlik 500 000 maska istehsalı gücü var. 300 min arası satışlar olub, eyni zamanda idxal da edilir. Bu gün 10-15 milyon maska ehtiyatı var".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər