4 İyun 2020 01:36
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İyunun birində Təhsil Nazirliyinə gələn müraciətçilərlə bağlı və bundan sonra sosial mediada məsələnin təfərrüatları barədə xəbəri olan və ya olmayan insanlar tərəfindən səslənən fikirlərə münasibətimi və əslində nə baş verdiyini qeyd etməyi vacib hesab edirəm. May ayından başlayaraq özünə “Tələbə tələbi” şüarı seçmiş bir neçə tələbə 01 iyun tarixində Təhsil Nazirliyinin qarşısına gələrək yay imtahan sessiyasının və təhsil haqqının tamamilə ləğv edilməsinə dair sosial mediada açıq-aydın çağırışlar etməyə başlayır”.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib.

“Bütün tələbələrə çağırış” adı ilə edilən müraciət hər gün fəal paylaşılır, bütün səhifələrə göndərilir. Müraciətin özəlliyi ondan ibarətdir ki, “gəlin hər şeyi ləğv edək”, “qorxmayın – tələb edin”, “susmayın” kimi şüarlar fonunda tələbin özü yaddan çıxır. Əsas vurğu Nazirliyin önünə toplaşmaq olur. Eyni zamanda, ölkədə xüsusi karantin rejimi və toplaşmaq məhdudiyyəti qüvvədə olmasına baxmayaraq, minlərlə tələbəni onların imtahan sessiyasına hazırlaşdığı bir dövrdə Nazirlik önünə gətirmək cəhdinə “bu aksiya deyil, karantin qaydaları çərçivəsində baş tutacaq müraciətimizdir” kimi ad verilir və bununla da söz və niyyət arasında açıq-aydın ziddiyyət gözə çarpır”-deyə, o vurğulayıb.

O, qeyd edib ki, Təhsil Nazirliyinin qarşısına bir ay ərzində çağırılan minlərlə tələbə gəlmir:

“Onun əvəzinə 01 iyun tarixində aksiya təşkilatçıları özləri gəlir və onlar Nazirlikdə qəbul olunur. Maraqlıdır ki, 3 nəfər tələbəni 30-a yaxın ictimai fəal və Facebookda canlı yayım açmağı bacaran, “mənə dəymə, jurnalistəm” deyən şəxslər müşayiət edir. Jurnalist olmağın bu qədər asan olduğunu bilmirdim, amma bu başqa mövzudur. Nazirliyin önü qarşısında mühafizə xidməti göstərən polis əməkdaşları tərəfindən gələn şəxslərə “Qəbula keçmək istəyirsiniz?” sualına hamı eyni cavab verir - “Mən tələbə deyiləm, dəstəyə gəlmişəm” və ağacın altına qaçır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər