"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-İstehsalat Bərpa Emalatxanası Qüllə küçəsi, 12 ünvanında yerləşən, XV-XVII əsrlərə aid olan Buxara Karvansarayının ikimərtəbəli binaya yüngül konstruksiyadan 3-cü mərtəbənin əlavə olunması üçün layihə-smeta sənədlərinin satınalması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Teleqraf.com xəbər verir ki, "AM.M LİNE" MMC tenderin qalibi olub.
Qalib şirkətə 27,5 min manat ödəniləcək.