Venesuela Prezidenti Nikolas Maduro Venesuelaya silahlı hücuma hazırlaşan muzdlulara Kolumbiya lideri İvan Dukenin nəzarət etdiyini bildirib.
Teleqraf.com TASS-a istinadla xəbər verir ki, N.Maduro deyib:
“Məndə dəqiq məlumat var ki, İvan Duke hərbi rəhbərlər vasitəsilə Medelindəki düşərgələri, Antokiya və Norte-de-Santander depatamentlərini nəzarət altında saxlayır. Bu ərazilərdə Venesuelaya silahlı müdaxilə üçün muzdluların qruplaşdırılması gedir”.
Prezident Milli Silahlı Qüvvələri və polisi sayıq olmağa çağırıb.
Qeyd dək ki, bundan əvvəl Rusiyanın Venesueladakı səfiri Sergey Məlik-Bağdasarov Latın Amerikası ölkəsini işğal etmək üçün yeni təhdidlərin mövcud olduğunu açıqlamışdı.
Mayın 3-də isə Venesuela Müdafiə Nazirliyi Kolumbiyada təşkil edilmiş və təlim keçmiş terrorçu-muzdlular qrupunun ölkə ərazisinə katerlə girməyə çalışdığını bəyan eləmişdi. Kolumbiya tərəfi açıqlama yayaraq hadisədə iştirakını rədd etmişdi.