4 İyun 2020 16:22
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə 10 iyundan etibarən mərhələli şəkildə 40 ölkəyə beynəlxalq uçuşları bərpa edəcək.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu danışıb.

Nazir bildirib ki, 92 ölkə ilə uçuşların bərpasına dair təşəbbüslər göstərilir. Artıq 15-i ilə qarşılıqlı səfərlərin təşkilinə dair razılıq əldə olunub. Bu ölkələr Şimali Kipr, Avstriya, Litva, Serbiya, Qazaxıstan, Albaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Moldova, Özbəkistan, Ukrayna, Mərakeş, Sudan, İordaniya və İtaliyadır.

A.Karaismailoğlu açıqlamasında bildirib ki, 15 iyundan etibarən Azərbaycana da uçuşlar bərpa olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər