Arxayınlıq qaydaların yumşaldılması ilə yarandı. Bu səbəbdən hazırda Bakıda fəaliyyət göstərən pandemiya xəstəxanalarının üzərinə çox böyük yük düşüb.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:
"İctimai nəqliyyatdakı arzuolunmaz görüntülər, qaydaları pozmağa meyilli olan vətəndaşlarımız bunu qələbə kimi qeyd edirlər. Milli Məclisdə qəbul edilmiş qaydalara uyğun olaraq belə hərəkətə yol verən şəxslər inzibati məsuliyyətə cəlb olunacaq. Bütün bu hallar belə qərar qəbul etmək məcburiyyətini yaratdı".
O bildirib ki, epidemioloji baxımdan belə qapanmalar yüksək nailiyyətlərə səbəb olur: "Lakin bu, iqtisadi baxımdan uyğun olmadığı üçün qısa qapanmalar tətbiq olunacaq"