Bəzi sosial şəbəkələrdə yayılan şaiyələr vətəndaşlarda inamsızlıq yaradır.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:
"Belə şayələrdən biri də insanlara COVID-19 xəstəsi kimi qeyd olunması barədə təcili yardım həkimləri tərəfindən təkliflərin olmasıdır. Bu məsələ araşdırılıb və həqiqəti əks etdirmir.
Qeyd edim ki, koronavirus xəstələrinin qeydə alınması qısa proses deyil. Vətəndaşlardan xahiş edirik ki, belə məlumatlara inanmasınlar".