Qapanma günlərində bütün market və apteklər bağlı olacaq.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:
"Vətəndaşlardan xahiş edirik ki, bütün zəruri ehtiyaclarını bu günlərdə alsınlar. Dərman ehtiyacı olan şəxslərə təcili yardım xidməti kömək edəcək".
Qurum rəsmisi bildirib ki, fəaliyyətinə icazə verilən qurumların əməkdaşları icaze-egov.az saytında qeydiyyatdan keçdikdən sonra evlərini təkr edə bilərlər: "İşə çıxma zamanı yaxında qalan işçilərin işə gəlməsinə üstünlük verilməlidir. Yolu uzaq olan vətəndaşlara BNA tərəfindən müvafiq icazə veriləcəkdir".