4 İyun 2020 17:54
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzunmüddətli qapanmalar epidemioloji baxımdan daha ciddi nailiyyətlərin əldə olunmasına imkan verə bilər. Lakin müşahidələr göstərdi ki, bu müddətdən sonra yumşalmalarda vətəndaşlar qaydaları pozmağa daha meyilli olurlar.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Bütün statistik göstəricilər sübut edir ki, qısa müddətli qapanmalar effektli olacaq. 7-14 gün sonra hansı nailiyyətin əldə olunması göstəriciləri elan oluna bilər".

O bildirib ki, vətəndaşlar bazar ertəsi işə çıxanda qaydalara riayət etməlidirlər: "Qaydalara nəzarətlə bağlı bütün mexanizmlər işlənib. Polis və ciddi nəzarət strukturları qaydaların pozulmasına ciddi riayət edəcəklər. Lakin biz vətəndaşlarımızın tələblərə əməl edəcəyini gözləyirik. Gəlin cərimə olunmaq əvəzinə, qaydalara riayət edək".

ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı əlavə edib ki, bəzi ölkələrdə ilk gündən karantin rejimi tətbiq olunsa da, bəziləri bundan yan keçdi: "Biz bütün ölkələrin nəticələrini izləyirik və analiz edirik. 2 gün qapanma məhdudiyyətlərin olmamasından daha yaxşıdır. Bu, bizim analiz aparmağımız və nəticələri dünyaya çatıdırmağlmız baxımından çox əhəmiyyətli olacaq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər