Abituriyentlərin həyatında qəbul və buraxılış imtahanları vacib mərhələdir.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın brifinqində deyib:
"TƏBİB-in göstərişlərində uşaqların hərarətinin yoxlanılması nəzərdə tutula bilər. Əgər abituriyentimiz özünü yaxşı hiss etmirsə, onun imtahana buraxılması düzgün deyil. Abituriyentlər üçün yenidən imtahan təşkil olunması TƏBİB-in səlahiyyətlərinə daxil deyil. Lakin biz bu məsələ ilə bağlı müzakirələr açığıq".