Kənd təsərrüfatı ilə məşğul olan sahələrə heç bir məhdudiyyət yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:
"Məhdudiyyətlər qeyd olunan zonalarda tətbiq olunur. Nəzərə alaq ki, bu, qısa müddətli qapanmadır. Paytaxtda fəaliyyət göstərən parniklərdə hər hansı problemin olacağı gözlənilmir".