4 İyun 2020 21:22
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Nəqliyyat Agentliyi sərt karantin rejimi müddətində əməkdaşlarının daşınması üçün nəqliyyat xidmətlərinə ehtiyacı olan müəssisə və təşkilatlara müvafiq dəstək göstərilməsinə hazırdır.

Bu barədə Teleqraf.com-a Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

"Lakin daşımaları daxili imkanlar hesabına tənzimləyə bilməyən müəssisə və təşkilatlar ciddi zərurət olduğu halda Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etməlidir. Yalnız Operativ Qərargahın müvafiq tapşırığı əsasında nəqliyyat xidmətlərinin göstərilməsi təmin olunacaq", - məlumatda deyilir.

Eyni zamanda bildirilir ki, nəqliyyat xidmətləri ilə bağlı müraciətlər əvvəlcədən planlı qaydada olmalıdır: "Bu nəqliyyat vasitələrinin, sürücü və digər texniki heyətin hazırlanması baxımından vacibdir.

Həmçinin qeyd edirik ki, sərt karantin rejiminin tətbiq olunması ilə əlaqədar 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm və ekspress xətlər üzrə sərnişindaşımaları tam dayandırılacaq.

İyunun 5-də isə müntəzəm və ekspress xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər