6 İyun 2020 17:06
1 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə, Yunanıstan, Portuqaliya və İspaniya səyahət dəhlizi açmaq üçün İngiltərə ilə danışıqlar aparır.

Teleqraf.com xəbər verir ki, razılıq əldə olunarsa, iyulun 15-dən sonra Türkiyəyə dincəlməyə gələn ingilislər ölkələrinə qayıdanda 14 günlük karantinə alınmayacaqlar. Turistlər istəsələr bu vaxtı evdə keçirə bilərlər.

İngiltərənin Baş naziri Boris Cohnson bildirib ki, yerli turizmdən başqa aşağı yoluxma nisbətinə görə karantin qaydaları tətbiq edilməyib. O qeyd edib ki, bəzi Aralıq dənizi ölkələri ilə səyahət dəhlizlərinin açılması nazirlər səviyyəsində müzakirə olunub.

Məlumata görə, ötən il 2.6 milyon turistin gəldiyi İngiltərəyə iyulun 15-i üçün razılıq əldə ediləcək. Türk dövlət səlahiyyətlisi İngiltərənin Türkiyə üçün çox vacib bir ölkə olduğunu vurğulayıb. “Əlbəttə, son qərar virusun yayılma sürətindən asılıdır”.

İnfeksiyanın və ölümün yüksək nisbətini nəzərə alsaq, Avropa ölkələrinin İngiltərə ilə səyahət sövdələşmələrini etmək istəyində dair şübhələr yox deyil. Bununla birlikdə, bir çox Avropa ölkəsinin səlahiyyətliləri yay tətili öncəsi Aralıq dənizi kurortlarında ingilis turistlərin önəmli sövdələşmələr etməyə ümid bəslədiklərini açıqlayıblar.

İspaniya Turizm naziri Reyes Maroto əvvəlki açıqlamasında İngiltərəyə isti baxmadığını desə də, sonradan ölkə üçün əsas turizm bazarı olduğunu bildirib.

Yunanıstan koronavirus səbəbindən dayanan turizm sektorunu canlandırmaq üçün atdığı addımlara baxmayaraq, otel, nəqliyyat və qida sektorunun bu yay mövsümündə böyük böhranda olacağı güman edilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər