Yaponiyanın tanınmış infeksionisti Akixiro Sato koronavirusun ikinci dalğasının qaçılmaz olduğunu, bu zaman yoluxma sayının birinci dalğadakından daha çox ola biləcəyini bəyan edib.
Teleqraf.com xəbər verir ki, Satonun sözlərinə görə indiyə qədər Yaponiyada və digər ölkələrdə aparılan anti-cisim testlərinə müsbət reaksiyalar çox aşağıdır: "Bu, əhalinin qalan 99 faizinin xəstə olmaması deməkdir. Bu minvalla ikinci dalğa zamanı yoluxanların sayının daha çox olacağını söyləmək mümkündür.
Anti-cisim 60 faiz təşkil etdikdən sonra infeksiyanın yeni dalğası qorxunc olmayacaq və yayılma baş verməyəcək, amma bu, hələ çox uzaqdır”.
Həkim-infeksionist ikinci dalğanın əsas təhlükələrindən birini də açıqlayıb. Onun fikrincə, səhiyyə müəssisələri xəstə sayının sürətlə artması səbəbindən çoxlu sayda xəstəni dərhal qəbul edə bilməz:
“Problem saydadır – 99 faiz xəstələnməyib. Xəstəliyin yayılması sürətlə baş verərsə, çarpayılar qalmayacaq. Kifayət qədər süni tənəffüs aparatları olmadıqda həkimlər ağır xəstələrə kömək edə bilməyəcəklər. Bu, ən pis vəziyyətdir. Əgər ikinci dalğa zamanı yoluxanların sayında kəskin artım baş verərsə, çoxlu qurbanlar qaçılmaz olacaq”.