8 İyun 2020 09:50
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.

Teleqraf.com əbər verir ki, müraciətdə deyilir:

"Əziz vətəndaşlar!

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ötən həftənin şənbə və bazar günlərində sizlərə yaşayış yerini və olduğu yeri tərk etmək qadağan edilmişdir. Sizin sağlamlığınız naminə atılan bu addımları anlayışla qarşıladığınıza görə, xüsusi karantin rejiminin tələblərinə riayət etdiyinizə görə sizə daxili işlər orqanlarının bütün şəxsi heyəti adından təşəkkürümüzü bildiririk!

Siz səbr və təmkinlə iki gün evdə qalmaqla həm özünüzün, həm də yaxınlarınızın sağlamlığını qorumuş oldunuz. İnanırıq ki, gələcəkdə də belə qərar verilərsə, siz yenə də eyni səbr və təmkin nümayiş etdirərəcəksiniz.

Bir daha təşəkkür edirik!"


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər