8 İyun 2020 11:29
6 659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı milli-mədəni fəal Cəfər İsmayılzadə və oğlu Milad İsmayılzadə 12 ay həbs cəzasına məhkum edilib.

Teleqraf.com xəbər verir ki, Təbriz Apellyasiya məhkəməsində fəallara hökm oxunub.

Ata və oğul “İranın siyasi sisteminin əleyhinə təbliğat aparmaq” və “separatçılıq” kimi saxta ittihamlarla həbs olunub. Habelə onlar “Təbriz şəhərində kürd və erməni dillərində olan lövhələri yandırmaq”da günahlandırılıblar.

İranın təhlükəsizlik orqanlarının əməkdaşları fəalları saxladıqdan sonra İsmayılzadə ailəsinin yaşadığı evə basqın edib. Təhdid edilən ailənin evindən notbuk, kitab və daha bir neçə şəxsi əşya götürülüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər