8 İyun 2020 21:46
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Nazir Əli Əsədov Roman Qolovçenkoya Belarus Respublikasının Baş Naziri təyin edilməsi münasibətilə təbrik məktubu göndərib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, Baş Nazir Əli Əsədov möhkəm dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək ənənələrinə əsaslanan Azərbaycan-Belarus münasibətlərinin yüksək səviyyəsinin xüsusi məmnunluq doğurduğunu bildirib.

Baş Nazir Azərbaycan ilə Belarus arasındakı qarşılıqlı faydalı əməkdaşlığın və strateji tərəfdaşlığın birgə səylərlə bundan sonra daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə əmin olduğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər