COVİD-19 virusunun yoluxdurmaq qabiliyyəti zəifləməyib. Onun mutasiya etdiyini və gücünün azaldığını düşünə bilmərik.
Teleqraf.com xəbər verir ki, bu sözləri türkiyəli tibb professoru Mehmet Ceylan CNN kanalına müsahibəsində deyib.
Yay gəldisə təhlükə sovuşdu kimi fikirlərin əsassız olduğunu söyləyən Mehmet Ceylanın sözlərinə görə, koronavirusa yoluxma bütün dünyada yenidən artmağa başlayıb.
Professor maska taxıb sosial məsafə gözləməyin əhəmiyyətini xüsusi vurğulayıb.