9 İyun 2020 12:43
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qobustan şöbəsinin 7 əməkdaşı koronavirusa yoluxub.

Bunu Teleqraf.com-a açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə Ələqələr şöbəsinin əməkdaşı Sevinc Quluzadə deyib.

O bildirib ki, Qobustan şöbəsinin müdiri İrşad Həsənov və 6 əməkdaşı daxil olmaqla koronavirusa yoluxub: "Test nəticələri pozitiv çıxan qurum əməkdaşları karantinə alınıb və hazırda müalicələrini davam etdirirlər.

Əməkdaşlarımızın vəziyyətləri stabildir. Şöbədə dezinfeksiya işləri həyata keçirilib. Hazırda qurum fəaliyyətini davam etdirir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər