Artıq Bakıda koronavirusa yoluxma halı ölkə üzrə yoluxmanın 50 faizin üzərindədir. Bu da yoluxma saylarının artması ilə əlaqədardır.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Sabunçu rayonunda bu göstərici 12.4%, Yasamalda 12.3%, Xətaidə 11.6%, Nəsimi rayonunda 11% təşkil edib. Bakının digər rayonlarında yoluxma 4%-dən aşağıdır.