Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra Karantin rejiminin yumşaldılması barədə yeni qərarları açıqlayıb.
Teleqraf.com yeni qərarları təqdim edir:
Restoran, kafe və kitabcanaların bağlanma saatı 22:00-dan 24:00-dək uzadılıb;
Kinoteatr, teatr və əyləncə mərkəzləri iyulun 1-dən fəaliyyətə başlayacaq;
65 yaşdan yuxarı vətəndaşlar həftənin bütün günləri saat 10:00-dan 20:00-dək küçəyə çıxa biləcəklər;
18 yaşdan aşağı şəxslər yalnız valideyn himayəsində çölə çıxa biləcəklər;
Nikah zalları 15 iyundan, toy zalları isə 1 iyuldan etibarən fəaliyyətə başlayacaq.