"ARB 24" telekanalı Neftçilər Xəstəxanasında müalicə olunan koronavirusdan əziyyət çəkən xəstələrlə bağlı reportaj hazırlayıb.
Teleqraf.com xəbər verir ki, reportajda çətin şəraitdə çalışan həkimlərdən də bəhs edilib.
Xəstəxananın həkimlərindən biri bildirib ki, artıq 70 gündür evindən uzaq düşüb:
"Növbəmizin saatı yoxdur. Nə vaxt lazım olur, işləyirik. 70 gündür ki, evdən çıxmışam, evə getmirəm. Biz də onlar üçün çalışırıq. Onlar darıxırlar ki, biz evdə qala bilmirik. Amma mən 70 gündür evimə gedə bilmirəm. Mən də getmək istəyirəm axı. Xəstələri buraxıb getmək də olmur".