11 İyun 2020 17:19
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz xarici hava limanlarının təcrübəsini izləyirik.

Teleqraf.com xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Təyyarə biletlərinin satışı öncədən başlamalıdır, buna görə də sərnişinlərə əvvəlcədən məlumat göndərmək lazımdır. Bu səbəblə xarici ölkələrin hava limanlarına tələbləri göndərmişik ki, tanış olsunlar. Paralel olaraq xarici dövlətlərin tələbləri bizə göndərilib və onlarla tanış olmuşuq".

O bildirib ki, bəzi dövlətlər COVID-19 pasportunun tələb olunacağını bildirib: "Eyni zamanda bəziləri sərnişinlərin karantinə alınacağı qeyd olunur. Məhdudiyyətlərə baxmayaraq uçuş heyətinin qorunub saxlanılması, uçuşa dair şəhadətnamələrin saxlanması üçün tədbirlər görülüb. Bütün texniki heyət uçuşa hazırdır"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər