11 İyun 2020 17:47
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda yalnız ölkədaxili uçuşların bərpası qərarı verilib.

Teleqraf.com xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev Operativ Qərargahın bu günükü brifinqində deyib:

"Beynəlxalq uçuşlar üçün növbəti həftələrdə qərarlar veriləcək. Bizim uçuşlar barədə qaydalarımız bu gün təsdiq olunub və bütün dövlətlərə bu təlimatlar göndəriləcək.

Əgər hansısa hava şirkəti bu qaydalara riayət etmək şərtilə ölkəmizə gəlmək istəyəcəksə, Operativ Qərargahın qərarı ilə həmin hava limanı şirkətlərinin ölkəmizə gəlməsinə şərait yaradılacaq".

O bildirib ki, Bakı-Naxçıvan istiqamətində bilet alındıqdan sonra TƏBİB-in xüsusi laboratoriyasinda sərnişin haqqında onlayn məlumat yerləşdirəcək: "Bütün biletlər onlayn şəkildə satılacaq. TƏBİB-in hansı laboratoriyasına, hansı saatda getməsi bu sistemdə qeyd olunacaq. Bütün sərnişinlər dövlət hesabına COVID-19 testindən keçəcəklər. Test nəticəsi 48 saat qüvvədə qalacaq".

Eldar Hacıyev əlavə edib ki, reyslər üçün bilet satışı uçuşa 72 saat qalmış dayandırılacaq: "TƏBİB-in məlumatları qeyd etməsi üçün bu, vacibdir. Sərnişinin test nəticəsinin cavabı elektron bilet də qeyd olunacaq. Hava limanının bütün sistemləri test nümunəsinin cavabını biləcək".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər