Hazırda biletlərin qiymətləri barəsində danışmaq mümkün deyil.
Teleqraf.com xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev Operativ Qərargahın bu günükü brifinqində deyib:
"Uçuşlara başladıqdan sonra real qiymətləri biləcəyik. Hazırda hava limanlarında sosial məsafənin gözlənilməsi, maska istifadəsi yer sayının azalacağına səbəb olacaq. Bilet qiymətlərinin artırılması barədə heç bir qərar düşünülməyib".