11 İyun 2020 18:54
1 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni Teymur Mustafayevin ölümünün səbəbi açıqlanıb.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Teleqraf.com-a bildirib ki, bu gün 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu TTY ilə evdən ikitərəfli COVID-19 pnevmoniyası, kəskin tənəffüs çatışmazlığı, ağciyər-ürək çatışmazlığı, şəkərli diabet II tip ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə "Yeni Klinika" tibb müəssisəsinə gətirilib.

"Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub. Tənəffüs çatmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozğunluqlar dərinləşdiyindən təcili intubasiya olunaraq Süni ventilyasiya aparatına qoşulub. Həkim İnfeksionistin təyinatı ilə xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb. Həkimlərin səyinə baxmayaraq, 11.06.2020-ci il tarixdə 15:30-da bioloji ölüm qeyd olunub", deyə məlumatda bildirilir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər