"Son vaxtlar bütün dünyanı bürüyən amansız pandemiya bizim ölkəmizdən də yan keçməyib. İnsanların bir-birinə daha çox ehtiyacı olduğu bir vaxtda sosial şəbəkələrdə tanınmış insanların təhqir olunması bizi çox narahat edir. Xüsusən mənəvi dəyərlərimizin təməli olan İslam dininə qarşı sanki bir səlib yürüşü başlayıb. Bütün Qafqazın Şeyxini heç bir fakta söykənməyən böhtan dolu aşağılayıcı ifadələrlə təhqir edirlər".
Teleqraf.com xəbər verir ki, bu fikirlər hüquq müdafiəçilərinin birgə qəbul etdiyi bəyanatda yer alıb.
Bəyanatda qeyd olunur ki, sosial şəbəkə istifadəçilərinin təhqir etdikləri insan çox yüksək mərtəbədə yer tutan bir dövlət adamı-hər hansı bir məmur deyil, əlinə Qurani-Kərimi götürərək Qanlı Yanvar faciəsini ilk olaraq dünya ictimaiyyətinə çatdıran, cani Qorbaçova sərt ittihamlarla dolu məktub göndərən, Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin dəfnini dini adət-ənənələrimizlə təşkil edən bir din xadimidir.
Hesab edirik ki, bu təhqir Hacı Allahşükür Paşazadənin şəxsinə deyil, Quran sədaları altında dəfn etdiyimiz ata-babalarımızın, gənc ömürlərini bizlərin azadlığı uğrunda, Qarabağ uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhlarını incidərək mənfur düşmənlərimizin dəyirmanına su tökməkdir.
Biz osial şəbəkələrdə yayılmış bu böhtanları dinimizə qarşı yönəlmiş bir qəsd olaraq qəbul edir və sərt etirazımızı bildirir, heç bir fakta söykənməyən, əsası olmayan, insan ləyaqətini alçaltmağa yönəlmiş bu cür informasiyalardan təkzib vermələrini və bütün Qafqaz müsəlmanlarından üzr istəmələrini tövsiyə edir və gözləyirik".
D.Əliyeva adına AQHMC İB-nin sədri Novella Cəfərova:
Beynəlxalq İnsan HüquqlarıCəmiyyəti-AMB İB-nin sədri: Səadət Bənənyarlı
İnsan İnsan Hüquqüları və Qanunçuluğun Müsafiəsi İB-nin sədri: Səidə Qocamanlı
D.Əliyeva adına AQHMC İB-nin sədr müavini: Nabat Qəniyeva
Jurnalistlər Ekstremal Şəraitdə İB-nin sədri: Firuzə Əsədullayeva
Din və Maarifçilik Mərkəzinin sədri: Əntiqə Qurbanova